Advertisement

Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər – RƏQƏMLƏR

Bakı. Trend:

Azərbaycanda 2023-cü ildə birinci instansiya məhkəmələrində
inzibati xətalara dair 110,7 min işə baxılıb. Bu da 2022-ci ilin
göstəricisindən 18,1 faiz çoxdur.

Trend xəbər verir ki, bu
barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda
bildirilib.

Məlumat Ədliyyə Nazirliyinin statistikasına əsasən
hazırlanıb.

Qeyd olunub ki, baxılan işlərin 70,5 faizi idarəçilik qaydaları,
4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai
mənəviyyat əleyhinə, 4,3 faizi yol hərəkəti qaydaları, 2,8 faizi
hərbi xidmət əleyhinə, 2,7 faizi faizi narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1 faizi
mülkiyyət əleyhinə, 1,9 faizi sağlamlıq əleyhinə, 11,2 faizi isə
digər inzibati xətalarla bağlı olub.

“2023-cü ildə baxılmış işlərin 44,7 faizi üzrə inzibati
məsuliyyət tədbiri tətbiq edilib. 45,1 faizinin icraatına xitam
verilib, 10,2 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış
üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilib”, – deyə məlumatda
bildirilib. Bundan başqa, inzibati məsuliyyət tədbiri tətbiq
edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş
şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5 faiz azalaraq 49,5 min
nəfər olub.

İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,5 faizinə fiziki
şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 38,7 faizinə
inzibati cərimə, 19,1 faizinə inzibati həbs, 1,2 faizinə ictimai
işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.