Advertisement

Ölkədə qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər nə qədər cərimələnəcək?

Bakı. Trend:

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti
ilə məşğul olmaya görə cərimə müəyyənləşir.

Trend-in xəbərinə görə, bu,
Milli Məclisin mayın 7-də keçiriləcək iclasının gündəliyinə daxil
edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə
əksini tapıb.

Layihəyə əsasən, “Tütün və tütün məmulatları haqqında” qanunda
nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının
istehsalı fəaliyyəti ilə məşğul olmaya görə vəzifəli şəxslər 5000
manatdan 7000 manatadək, hüquqi şəxslər 10000 manatdan 12000
manatadək məbləğdə cərimə ediləcəklər.