Advertisement

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişdi

Bakı. Trend:

Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə
görə verilən əlavə haqqın miqdarı dəyişib.

Trend xəbər verir ki, bu,
Nazirlər Kabinetinin qərarı ilə “Büdcədən maliyyələşdirilən səhiyyə
işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə
edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, Tibb
müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə
(cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım
sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə
görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli
iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel
tarixli 74 nömrəli Qərarına əsasən ödəniləcək.

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq,
ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya,
kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə
əlavə haqq aşağıdakı qaydada ödənilir:

a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar
avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat
müəssisə-
lərinin və başqa təşkilatların ştatında olan) – saatlıq vəzifə
(tarif) maaşının 50 faizi miqdarında;

b) digər işçilərinə – vəzifə (tarif) maaşının 35 faizi
miqdarında əlavə ödəniləcək.

İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq,
reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində
(bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən
həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar
avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat
müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında
yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif)
maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35
faizi miqdarında əlavə haqq ödənilirdi.

Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb
edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan
işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq
qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.