Advertisement

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Bakı. Trend:

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi
qoyulub.