
Bakı. Trend:
Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilk
günü arxada qalıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Azərbaycan yığmasının lideri Zöhrə
Ağamirova 3 növdə finala vəsiqə qazanıb.
O, halqa, top və lentlərlə çıxışda həlledici mərhələdə çıxış
etmək hüququna yiyələnib. Zöhrə topla yarışda 33,000 bal
toplayaraq, 4-cü olub. Ağamirova lentlə çıxış zamanı 31,450, halqa
ilə isə 32,900 xalla Top-8-də yer alıb.
Bu nəticələrdən sonra yığmamızın lideri çoxnövçülükdə də finalda
yarışacaq. Zöhrə 4 alətlə çıxışın cəmində 127,100 bal toplayıb.
Millimizin daha bir üzvü Kamilla Seyidzadə (119,450) də həlledici
mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, sabah Avropa kubokunda ilk medalçılar bəlli
olacaq.





























