
Bakı. Trend:
“Exit-poll”un nəticələri artıq məlumdur.
Trend xəbər verir ki, hər üç “exit-poll” nəticəsinə görə böyük
fərqlə seçicilərin səsini qazandığı elan edilən İlham Əliyevin
qələbəsi artıq nəyinki paytaxt Bakıda, ölkənin müxtəlif yerlərində
böyük coşqu ilə bayram edilir.
Nəticələr elkan ediləndən sonra Füzuli rayon sakinləri də İlham
Əliyevin qələbəsini qeyd edir.
Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Trend həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı
Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll”
nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum
bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar
Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin
məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs
verib.
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident
seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6
faizi İlham Əliyevə səs verib.
Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri
keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə
alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar
tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa
çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var.
Onlar ölkə üzrə 6537 məntəqədə səs veriblər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə
alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən
müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad
edilmiş əraziləri əhatə edib. İşğaldan azad edilən ərazilərdə 26
seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və
konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23
mindən artıq seçici səsvermə hüququndan istifadə edib.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edib. Onların 216
təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə
gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə
daşınan qutu çatdırılıb.





























