Advertisement

Stirlinq Fondunun baş icraçı direktoru ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə
Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının
Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüş
keçirib.

Trens xəbər verir ki, görüş zamanı Azərbaycanın üzləşdiyi mina
probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən
göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici
donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi
aparılıb.

Edvard Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların
təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən
bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib.

O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük
əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə
istəqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən
növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd
edib.