
Bakı. Trend:
2-3 may tarixlərində Bakı Slavyan Universitetində (BSU)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə
həsr olunmuş Yeni dövrün Azərbaycanı şüarı altında keçirilən
“Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və
beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransı təşkil olunub.
Konfransın plenar iclasında işin məzmununu əhatə edən giriş
nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev konfrans
iştirakçılarını və qonaqları salamlayıb. Rektor “Ulu Öndər Heydər
Əliyevin azərbaycançılıq məfkurəsi və yeni dövr Azərbaycanı: zəfərə
aparan yol” adlı proqram xarakterli çıxışında 2024-cü ilin 14
fevral tarixində Azərbaycan Respublikasının Prezidentinin andiçmə
mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Azərbaycançılıq ideologiyasının, Azərbaycançılıq prinsiplərinin
Azərbaycanda çoxdan bərqərar olduğunu qeyd edib.
Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan
birinin azərbaycançılıq məfkurəsi olduğunu söyləyən Anar Nağıyev
biz – onun davamçıları kimi bu müsbət meyilləri öz tərəfimizdən də
gücləndirməliyik” fikri ilə başlayaraq Azərbaycan xalqının tarixi
yaddaşı və milli dəyərlər sistemi üzərində formalaşmış
Azərbaycançılıq ideologiyasının yalnız coğrafi və mədəni kontekstdə
deyil, eləcə də böyük miqyasda hər bir azərbaycanlının vahid milli
gələcəyə baxış sistemini təşkil etdiyini vurğulayıb.
Rektor Anar Nağıyevin çıxışının əsas strukturu Ulu Öndər Heydər
Əliyevin Azərbaycançılıq məfkurəsinin Azərbaycan dövlətinin inkişaf
hədəflərinə aparan yolda mühüm strateji baxış olmaqla gələcək
uğurların təməlini qoyduğunu bildirib.
Çıxışı zamanı Anar Nağıyev bildirib ki, Azərbaycançılıq
məfkurəsinin əsasında təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin
siyasi kursunun davamı Ulu Öndər Heydər Əliyev tərəfindən müasir
dövlətin qurulması ilə yanaşı, sürətli inkişaf dinamikısını, o
cümlədən suverenlik və ərazi bütövlüyü ilə nəticələnən böyük
zəfərimizi səciyyələndirən əsas amildir. Anar Nağıyev qeyd edib ki,
sosial və siyasi elmlərin müvafiq nəzəriyyələrinin tələbləri də
nəzərə alınaraq Azərbaycançılıq ideologiyasına müxtəlif
aspektlərdən milli kimlik, dövlətin beynəlxalq nüfuz və statusunun
müəyyən edilməsi, milli şüurun qalib xalqın özünüdərki şəklində və
s. kontekstlərdə öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
A.Nağıyev parçalanma və məhv olmanın kəndarından müasir və güclü
milli dövlətin qurulması, 1980-ci illərin sonu 1990-cı illərin
əvvəllərində formalaşmış məğlub ruhundan qalib milli ruhuna
kökləmənin Azərbaycançılıq ideologiyasının əsas tezislərindən
olduğunu vurğulamış, bu ideologiyanın dövlətimizin məğlub və zəif
durumdan güclü və qalib duruma, xalqımızın məğlubiyyət hissini
aşaraq inkişaf və qalibiyyət hissi ilə milli özünüdərki və
altşüurunu formalaşdırması kontekstində mühüm əhəmiyyət kəsb
etdiyini bildirmişdir.
Azərbaycançılıq məfkurəsinin Azərbaycan milli kimliyini
formalaşdıran, milli və mənəvi dəyərlər üzərində qurulduğunu,
tarixi yaddaş və ənənələri özündə əks etdirən, çoxkonfessiyalı və
etnik tərkibi geniş olan Azərbaycanda birgə yaşayışın və
multikultural cəmiyyətin unikal dəyərlərini özündə cəmləşdirən
milli ideologiyamız, milli birliyin rəmzi olduğunu qeyd edən Anar
Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası işində bütün
Azərbaycan xalqının yumruq kimi birləşdiyi haqqındakı fikirlərini
konfrans işitirakçılarına xatırlatmışdır.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq
məfkurəsinin əsasında Azərbaycanşünaslığın öyrənilməsini hədəfləyən
bu konfransın “Yeni Dövrün Azərbaycanı” şüarı altında keçirildiyini
diqqətə çatdıran A.Nağıyev mövzunun bir neçə istiqamətdə
öyrənildiyini, çıxış və tədqiqatların bu istiqamətlərdə qurulduğunu
diqqətə çatdırmışdır.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin ali
təhsil müəssisələri və tədqiqatçıların qarşısında mühüm missiya
olduğunu bildirən rektor Anar Nağıyev 2024-cü il ərzində mövzular
üzrə tədqiqatların davam ediləcəyini, növbəti konfransadək tədqiqat
nəticələrinin təqdim ediləcəyini bildirib. BSU-nun rektoru Anar
Nağıyevin və digər çıxışçıların təqdimatlarından aydın olduğu kimi
konfransın qarşısında qoyduğu hər bir istiqamət üzrə mühüm işlər
aparılmış, tədqiqat nəticələri konfransın materiallar toplusunda
dərc edilmiş və növbəti konfransadək tədqiqat obyektləri kimi
müəyyən edilmişdir.
Bakı Slavyan Universitetinin Ulu Öndər Heydər Əliyevin anadan
olmasıın 101-ci ildönümünə həsr edilmiş və “Yeni dövrün
Azərbaycanı” şüarı altında keçirilən konfransın mühüm tədqiqat
istiqamətlərindən biri kimi Azərbaycan milli kimliyinin ayrılmaz
tərkib hissəsi olan Qərbi Azərbaycan mövzusunun “Qərbi Azərbaycanda
tarix və maarifçilik” aspektindən öyrənilməsi müəyyən
edilmişdir.
Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə
Hüseynova Qərbi Azərbaycanın tarixi, milli-mədəni dəyərləri və
Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi milli və tarixi
yaddaşa əsaslanan məzmunlu və əhatəli çıxış edib.
Ulu Öndər Heydər Əliyevin irsinin və siyasi kursunun
öyrənilməsinin, onun ideyalarının həyata keçirilməsinin ən mühüm
vəzifə olduğunu bildirən professor Mahirə Hüseynova bu siyasi
kursun Azərbaycanı gələcəyə və zəfərlərə aparan işıqlı yol olduğunu
bildirib. Professor Mahirə Hüseynova 44 rəqəminin müqəddəs
simvolikasından söz açaraq həmçinin 24 dekabr 2024-cü ildə
Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının üzvləri ilə
tarixi görüşünü, möhtərəm Prezident İlham Əliyevin Ulu Öndər Heydər
Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycana davamlı
qələbələr yaşatdığını böyük qürur hissi ilə qeyd edib. Qərbi
Azərbaycanın maarifçiliyi, folkloru, insanları, coğrafiyası və
tarixindən gətirdiyi nümunələrlə Prezident İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan xalqının bütün hədəflərinə çatdığı
kimi dədə-baba yurdumuz olan Qərbi Azərbaycana da qovuşacağımıza
əminliyini ifadə edib.
Milli kimliyin formalaşmasında beynəlxalq nüfuz və statusun
göstəriciləri sırasında Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərin Prezident İlham Əliyevin uzaqgörən fəaliyyətinin
nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə mühüm tərəfdaş
kimi qəbul edildiyini bildirən BSU-nun rektoru Anar Nağıyev
Qoşulmama Hərəkatı və COP 29 kimi nümunələr əsasında Azərbaycanın
qlobal missiyasının yüksələn dinamikasından danışıb, Prezident
İlham Əliyevin “COP 29-u konfrantasiyalar məkanına çevrilməyə imkan
verməyəcəyik, körpülər quracağıq” bəyanatını xatırladıb. Mövzu üzrə
geniş və əhatəli çıxış edən Xarici İşlər Nazirinin müavini Yalçın
Rəfiyev ölkəmizin qarşısındakı beynəlxalq həfədlərdən danışıb.
Yalçın Rəfiyev Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyinin ölkəmizin
qlobal təşkilata sədirliyinin mühüm nümunəsini formalaşdırmaqla
yanaşı Azərbaycanın qlobal missiyasının tərkib hissələrindən birinə
çevrildiyinin göstəricisi olduğunu vurğulayıb. İstər COVİD
pandemiyası, istərsə də digər məsələlərdə Azərbaycanın artan
rolunun qlobal müstəvidə problemlərin həllinə yönəldiyini bildirən
Yalçın Rəfiyev COP 29 çərçivəsində Azərbaycanın daha mütərəqqi və
uzun müddətli yanaşma formalaşdırdığını, qlobal problemlərin həlli
və bəşəriyyətin gələcək inkişafı naminə əsaslandırılmış və uzun
müddətli hədəflərə yönəlmiş konspesiyalara malik olduğunu
bildirib.
Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslığın aktual
məsələləri (tədqiqat, elmi diskurs və beynəlmilləşmə)” konfransının
növbəti tədqiqat və müzakirə istqaməti “Yeni dövrün çağırışları”
mövzusu ətrafında təşkil edilmidşir. Azərbaycan Respublikasının
Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri, Sosial
Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc Ulu Öndər
Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını zəfərə aparan milli
starteji xətt kimi qiymətləndirərək, Prezident İlham Əliyevin
rəhbərliyi altında qazanılmış uğurların Ulu Öndərin siyasi kursuna
və milli dəyərlər sistemimizə söykənməsi ilə əlaqələndirib. Zahid
Oruc qeyd edib ki, Vətən müharibəsindəki tarixi qələbəmiz bir çox
reallıqları dəyişdiyi kimi, Azərbaycan insanını, onun düşüncə
tərzini və gələcəyə baxışını da dəyşmişdir.
Müasir dövrün gənclərinin qələbəyə aparan şərəfli yol və tarixi
zəfərimizi öyrənmələrinin nəsibi olduğunu vurğulayan Zahid Oruc
zəfərin nəticələri və müsbət hissələri üzərində formalaşan
milli-özünüdərkin fonunda hər bir azərbaycanlının ölkəmizin bundan
sonrakı inkişafı və qələbələri üçün davamlı çalışmalı olduğunu,
gənclərin yeni dövrün çağırışlarına uyğun inkişaf etdirilməsinin
vacibliyini, ali təhsil müəssislərində isə dövlət siyasətinin
ayrı-ayrı elementlərinin davamlı öyrənilməsinin əhəmiyyətini bir
daha vurğulayıb.
Bakı Slavyan Universitetində Azərbaycanşünaslığın müasir
məsələlərini müxtəlif istiqamətlərdən öyrənilməsinin əhəmiyyətini
qeyd edən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri,
professor Hicran Hüseynova yeni dövrün Azərbaycanın yaratdığı mühüm
reallıqlar haqqında dolğun çıxış edib.
Professor Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi
irsinin öyrənilməsinə insan kapitalının inkişafı aspektindən
yanaşaraq, konfrans iştirakçılarına bu istiqamətdə aparılmış
məsələlər haqqında ətraflı məlumat verib. Professor Hicran
Hüseynova Ulu Öndər Heydər Əliyevin milli dəyərlər sisteminin
qorunması və inkişafına xidmət edən fəaliyyətinin bu günki
Azərbaycanın qələbələri üçün mühüm zəmin olduğunu vurğulayıb.
Yeni dövr Azərbaycanşünaslığının mühüm məsələlərindən birinə
çevrilmiş “Böyük qayıdış”-ın yalnız Qarabağ və Şərqi Zəngəzura geri
qayıdış olmamaqla, tarixdə ilk dəfə olaraq Azərbaycan xalqının öz
ruh və tarixi məkanlarına geri dönüşü olduğuna görə bir çox
istiqamətlərlə yanaşı milli kimliyin yeni tərkibi kimi də
öyrənilməsinin əhəmiyyətini qeyd edən BSU-nun rektoru Anar Nağıyev
növbəti konfransadək bu istiqamətdə də elmi tədqiqat işlərinin
genişləndiriləcəyini bildirib.
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı
“Qarabağ və Şərqi Zəngəzur: Böyük Qayıdış kontekstində” mövzusu
üzrə dolğun və məzmunlu çıxışında Böyük Qayıdışın iqtisadi
modelləri haqqında geniş məlumat verib. Professor Vüsal Qasımlının
Qarabağ və Şərqi Zəngəzurun resurslarının səmərələri istifadəsi,
regionda sürətli iqtisadi inkişaf və sənaye modelləri, o cümlədən
ətraf mühitin qorunması ilə ağıllı şəhər və qəsəbələrin salınmasına
dair işlər haqqındakı interaktiv təqdimatı konfrans
iştirakçılarının böyük marağına səbəb olub.
Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji
Universitetinin rektoru professor Abdulqappor Qırğızbəyov 2023-cü
ildə Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 100 illiyinə həsr edilmiş eyniadlı konfransda olduğu
kimi, bu konfransın da yüksək şəkildə təşkil edildiyini
bildirirərək Azərbaycan xalqının öz Ulu Öndərinə olan sevgisi və
ehtiramını xüsusi rəğbətlə qeyd edib.
Türkiyə Respublikasının İstanbul Mədəniyyət Universitetinin
rektoru professor Gülfettin Çelik konfrans iştirakçılarını
salamlayaraq yeni dövrün Azərbaycanının yaratdığı reallıqların
vacibliyini, onların ali təhsil müəssisələrində tədqiq edilməsinin
əhəmiyyətini qeyd edib.
Plenar iclasda 2023-cü ilin 4-5 may tarixlərində Bakı Slavyan
Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100
illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri
(tədqiqat, elmi diskurs və beynəlmillələşmə)” konfransı
çərçivəsində Lənkəran Dövlət Universiteti ilə birlikdə Lənkəran
şəhərində regional, Mərmərə Universiteti ilə birlikdə isə İstanbul
şəhərində beynəlxalq bölmələrinin uğurlu nəticələri vurğulanaraq,
20 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti
ilə birlikdə konfransın regional bölməsinin keçiriləcəyi bir daha
diqqətə çatıdırılıb.
Konfransın yekun qərarları sırasında “Yeni Dövrün Azərbaycanı”
şüarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müəyyən etdiyi yeni inkişaf mərhələsinin tələblərinə uyğun olaraq
Azərbaycanşünaslığın öyrənilməsində yeni mühüm platforma olduğunu,
növbəti konfransın adında da bu konsepsiyanın öz əksini tapması, o
cümlədən konfransın müəyyən etdiyi mövzular üzrə tədqiqatların
davam etdirilməsi və nəticələrinin elmi ictimaiyyətə təqdim
edilməsi yer almışdır.
Konfransın plenar iclasında başlanılmış müzakirələr eyni
istiqamətlər üzrə təşkil edilmiş bölmələrdə Azərbaycan, Türkiyə,
Özbəkistan, Polşa, Moldova, Rusiya, Qazaxıstan və digər ölkələrdən
olan alimlərin iştirakı ilə davam etmiş, konfrans beynəlxalq
redaksiya heyəti tərəfindən müasir tələblərə uyğun seçilərək çapa
tövsiyə edilmiş məqalələrdən ibarət konfrans materialları
məruzəçilərə və elm ictimaiyyətinə təqdim edilmişdir.





























