Advertisement

Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır – Xəzər Bağıyev

Bakı. Trend:

Biz idmançılar olaraq ölkəmizdə idman tədbirlərinin baş
tutmasını böyük sevinclə qarşılayırıq.

Bunu Trend-ə açıqlamasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə
mayın 5-də keçirilən “Bakı Marafonu 2024”də iştirak edən Xəzər
Bağıyev deyib.

Onun sözlərinə görə, yarışda artıq bir neçə ildir iştirak
edir.

“Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır. Qalib
xalqın nümayəndələri kimi bütün yarışlarda uğurla iştirak edirik.
Bu yarışda da iştirak edən hər kəsə uğurlar arzulayıram”, – deyə o,
əlavə edib.