Advertisement

Azərbaycan komandası Bakıda keçirilən Avropa kubokunda bürünc medal qazanıb

Bakı. Trend:

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası
Avropa kubokunda bürünc medal qazanıb.

Trend xəbər verir ki, 3 lent və 2 topla çıxışda fəxri kürsüdə
yer alıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya
Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət
uğurlu çıxış edərək, 29,950 bal toplayıb. Yığmamız Bolqarıstan
(33,900) və İtaliyadan 33,700 geri qalıb.

Komandamız 5 halqa ilə çıxışda mükafatçılar sırasına düşə
biməyib. 36,950 bal toplayan yığmamız Avropa kubokunu 4-cü pillədə
başa vurub. İsrail (38,950) qızıl, İtaliya (38,050) gümüş,
Bolqarıstan (37,750) bürünc medal qazanıb.

Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də
bürüncə sahib çıxıb.