Advertisement

Külək əsəcək, yağış yağacaq – Xəbərdarlıq

Bakı. Trend:

Mayın 5-i axşamdan 7-si səhərədək Bakıda və Abşeron
yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir
23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya
Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Bildirilib ki, mayın 6-sı gecə və axşam, 7-si günün birinci
yarısında bəzi yerlərdə arabir yağış yağacağı, gecə saatlarında
yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı
var.