
Əskipara kəndi ilə bağlı film Ermənistanın birinci kanalının
saytından silinib.
Trend erməni KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə kanalın keçmiş jurnalisti
Marianna Paytyan sosial şəbəkə hesabında məlumat yayıb.
Erməni jurnalist ki, “Sərhəddə həyat” adlı sənədli film seriyası
ümumilikdə saytdan silinib.
“Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu
ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan
silinib. Lakin məndə arxivlərdə qalıb.
Bir az da axtardım, gördüm ki, Şuşa şəhərinin işğal ediməsii ilə
bağlı film, hətta Xankəndi xəstəxanasından hazırladığımız
reportajları da siliblər”, – o əlavə edib.
Qeyd edək ki, Əskipara – Azərbaycan Respublikasının Qazax
rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan
ərazisindəki 3 eksklav ərazisindən biridir.





























