Advertisement

Qəbul imtahanına qeydiyyat başa çatır

Bakı. Trend:

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II
mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin
ərizə qəbulu başa çatır.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat
verilib.

Qeyd edilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in
müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133)
daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib
qeydiyyatdan keçməlidirlər.

6 may saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə
29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə
5804 abituriyent elektron ərizəsini təsdiq edib.