Advertisement

Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldı

Bakı. Trend:

Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində
“Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover”
markalı avtomobilin isə salonunun yandırılması barədə polisə
məlumat daxil olub.

Trend DİN-ə istinadən xəbər
verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Elgün
Təhməzov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.