Advertisement

“Makarov” tapançası satmaq istəyən şəxs saxlanıldı

Bakı. Trend:

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs
saxlanılıb.

Trend DİN-ə istinadnən xəbər
verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata
keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu
silah-sursat gəzdirən şəxs saxlanılıb.

Şöbəyə Bərdə rayon sakini 1964-cu il təvəllüdlü Teyyub Nuruşovun
odlu silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin
şəxs saxlanılıb və üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı
tapança, 8 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək
götürülüb.

T.Nuruşov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə
etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə
saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi
Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar
davam etdirilir.