
Bakı. Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan çox
narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, narkotik
vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın
metamfetamin, həmçinin 20 metadon həbi və 22 çətənə kolu qanunsuz
dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.





























