
Bakı. Trend:
Fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin
təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində işıqforlarda
velosiped bölmələrinin quraşdırılması işləri davam etdirilir.
Bu barədə
Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
bildirilib.
“Bu çərçivədə R. Behbudov – Ş. Bədəlbəyli küç., Ş. Bədəlbəyli –
S. Rüstəm küç., Azərbaycan pr – Ç. Mustafayev küç., M. Əliyev – S.
Vurğun küçələrinin kəsişməsində yerləşən işıqforlarda velosiped
bölmələrinin quraşdırılması işləri yekunlaşıb”,- deyə qurumdan
məlumat verilib





























