
Bakı. Trend:
İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və
ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə
təqdim edənlər cərimələnəcək.
Trend-in
məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif
edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qanunun 376-cı maddəsində “qanunsuz”
sözündən sonra “olaraq media subyektinə təqdim edilməsi, yaxud”
sözləri əlavə edilir.
Dəyişiklikdən sonra inzibati xəta haqqında iş üzrə icraat zamanı
foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində
inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı
olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma
materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
ediləcək.





























