
Bakı. Trend:
Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai
rayon təşkilatının və “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 3
nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq
gənclər idman şahmat məktəbi Publik Hüquqi Şəxsin birgə
təşkilatçılığı ilə rayon məktəblərinin şagirdləri arasında Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş
şahmat üzrə blitz turnir keçirilib.
Yarış “Təhsil” RİM-in 3 nömrəli respublika ixtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq gənclər idman şahmat məktəbinin şahmat
zalında keçirilib. 97 nəfərin mübarizə apardığı turnirdə 3
(I,II,III) dərəcə üzrə şahmatçılar iştirak ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışda hər dərəcə
üzrə ilk 3 yeri tutan şahmatçılar qalib olub. III dərəcə uğrunda
mübarizədə 2 iştirakçı eyni xalı topladığına görə hər ikisi 3-cü
yerə layiq görülüblər.
Qalibləri təqdim edirik: I dərəcə üzrə qaliblər – I YER: Murad
Rzayev; II YER: Kənan İmranlı; III YER: Məhəmməd Səfərli; II dərəcə
üzrə qaliblər – I YER: Tofiq Hacıseyidov; II YER: Yunis Ömər; III
YER: Said Əlizadə; III dərəcə üzrə qaliblər- I YER: Fateh Mirzə; II
YER: Mehman Abdulqədirli; III YER: Hüsniyyə Qayıbova və Samir
Əhmədov.





























