
Bakı. Trend:
QS dünya universitetləri reytinqində ölkə birinci olan UNEC MBA
proqramı üzrə beynəlxalq keyfiyyətli təhsil almaq istəyənlər üçün
geniş ixtisas seçimi təklif edir.
UNEC Biznes
Məktəbində əmək bazarında ən çox tələb olunan
30 ixtisaslaşma üzrə 3 dildə qəbul həyata keçirilir. “Maliyyə
analitikası” ixtisaslaşmasına qəbul isə bu ildən aparılacaq. Təhsil
2 ildir və dərslər həftədə 2 dəfə tədris olunur.
Magistrlər ikili diplom proqramı çərçivəsində 2 il ərzində
UNEC-lə yanaşı, ABŞ-ın Linkoln Universitetinin də diplomunu əldə
edə bilirlər. Eləcə də İsveçrə, Fransa, İtaliya, Türkiyə, Polşa,
Litva, İspaniya və digər Avropa dövlətlərinin aparıcı
universitetlərində mübadilədə iştirak etmək imkanları
qazanırlar.
UNEC Bİznes Məktəbində təhsil almağın digər üstünlüyü isə
məzunlarının ACCA sertifikatı əldə edə bilməsidir. Belə ki, MBA
proqramının “Mühasibat uçotu” ixtisaslaşması üzrə təhsil alan
magistrlər ACCA kvalifikasiyası üzrə bütün fundamental fənlərdən
(F1-F9), digər ixtisaslaşmalarda isə ACCA-nin F1-F4 imtahanlarından
azad olunurlar.
UNEC Biznes Məktəbi EFMD (European Foundation for Management
Development (Bussines School Accreditation)) təşkilatının tam
hüquqlu üzvüdür. Təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya,
Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla, 81 ölkədən
800-dən artıq akademik təşkilat, biznes, dövlət xidməti və məsləhət
xidməti qurumları daxildir. EFMD təşkilatının “HIGHERED – Global
Talent Network” işədüzəlmə şəbəkəsi magistrlərin ölkə hüdudlarından
kənarda işlə təmin edilməsi üçün real imkanlar yaradır. Magistrlər
qeydiyyatdan keçərək bu fürsətdən yararlana bilərlər.
Şəhərin mərkəzində yerləşən möhtəşəm kampusda təhsil alan
magistrlər, xarici universitetlərdən dəvət olunmuş müəllimlər
sayəsində nəzəri biliklərə, iş dünyasının CEO-ları ilə praktiki
bacarıqlara yiyələnə biləcəklər.





























