
Bakı. Trend:
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir
vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq
yaranıb.
Trend xəbər verir ki, bu barədə “Bakı metropoliteni” məlumat
yayıb.
Bildirilib ki, “28 May” stansiyasında maşinist vaqon qapılarına
baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən
çıxarılması zərurəti yaranıb:
“Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə
yubanma ilə tərk edib. Əks istiqamətdən xəttə ehtiyat qatar
verilib. Hazırda qatarlararası intervalın bərpa edilməsi
istiqamətində tədbirlər görülür”.





























