
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında mayın 7-si səhərədək şimal-qərb
küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi
gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən
bildirilib.
Qeyd edilib ki, mayın 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə
yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi,
şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə
olacaq.





























