
Bakı. Trend:
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II
mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin
ərizə qəbulu başa çatıb.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM)
məlumat yayıb.
Dünən saat 09:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 29
230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5
804 abituriyent elektron ərizəsini təsdiq edib.
Qeyd edək ki, abituriyentlər dünən saat 23:59-dək şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in
müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri
ixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.





























