Advertisement

Azərbaycan mina probleminin DİM-in tərkibinə salınması üçün müraciət edib – Əli Əhmədov

Bakı. Trend:

Azərbaycan minalardan təmizlənmə məsələsini DİM-in tərkib
hissəsi olması ilə bağlı təşəbbüslə çıxış edib.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü
Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci
DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış
edən Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, statistikalara görə minadan ölənlərin sayı
100-120 milyondan çoxdur.

“Bizim məqsədimiz bu ölümlərin qarşını almaq üçün qlobal
addımlar atmaqdır. Azərbaycanda insanlar bu gün də minaların
qurbanı olurlar”, – Baş nazirin müavini deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.