Advertisement

Qadınların iqtisadi imkanlarının artırılması başlıca hədəflərdəndir – Bahar Muradova

Bakı. Trend:

Qadınların iqtisadi imkanlarının artırılması başlıca
hədəflərdəndir.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü Könüllü
Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci
DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış
edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu qadınların müstəqil fərd kimi
formalaşması üçün vacib amildir.

“Azərbaycan beynəlxalq çağrışları hər zaman dəstəkləyib və
dövlət səviyyəsində bu istiqamətdə planlı işlər görülür. Qadınlar
cəmiyyətin hərəkətverici qüvvəsi kimi tanınır. Azərbaycan
qanunvericiliyi də buna xidmət edir”, – o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına
dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu
keçirilir.