Advertisement

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Mayın 14-də Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il mayın
14-də, saat 10:00-da Göyçay rayon prokurorluğunun inzibati
binasında Göyçay, Kürdəmir, İsmayıllı və Qəbələ rayon sakinlərinin
qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Göyçay rayonuna
gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata
keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)
prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş
Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin
(012) 361-14-07 nömrəli telefonu, [email protected]
elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki
səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla
bilərlər.