Advertisement

Bu marşrut üzrə əlavə reyslər təyin edilib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin
etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar
reysləri təyin edir.

ADY-dən Trend-ə verilən
məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri
9 may tarixinə və həftəsonu günlərinə təyin edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan
(www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə
bilərsiniz.