Advertisement

Övladımın nəşi tapıldıqdan sonra təskinlik tapıram – Şəhid Gülalının anası

Bakı.Trend:

Övladımın nəşinin tapılmasında əziyyəti olanların hamısına
təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu bu gün 30 il sonra tapılaraq dəfn
edilən şəhid Dadaşov Gülalının anası Səbirə Dadaşova deyib.

Şəhid anası bildirib ki, övladımın nəşi tapıldıqdan sonra
təskinlik tapıram.

“Gülalı torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub. Allahdan
şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Allah
ordumuzu qorusun”,- Səbirə Dadaşova əlavə edib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və
30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov meyitinin
qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən
Şəhidlər xiyabanında dəfn olunub.