Bakı. Trend:
Mobil operator abunəçilərinə xüsusi tarif paketləri
və özəl imkanlar təklif edir
Azercell müştərilərin müasir mobil ehtiyaclarına uyğun müxtəlif
həcmli və qiymətli tarif paketlərini təqdim etməyə davam edir.
Ölkənin lider mobil operatoru Premium tarifini fakturali və
fakturasiz (SimSim) xətt abunəçilərinin istifadəsinə verib. Premium
tarif paketlərində müxtəlif qiymət aralıqlarını əhatə etmək
məqsədilə daha çox seçim mövcuddur:

Bütün Premium paketləri daxilində WhatsApp və FB Messenger
tətbiqlərində mətn yazışmaları üçün 1GB internet təqdim olunur.
Bununla yanaşı, Premium tarifinə qoşulan abunəçilər Azercell-in
Premium+ Loyallıq Proqramına da üzvlük əldə edirlər. Sözügedən
proqram müştərilərə fərdi Premium dəstək xətti, Əlaqə Mərkəzinə
ödənişsiz və üstünlüklü müraciət etmə imkanı, Azercell Eksklüziv
ofislərində “Fast Track” (“Sürətli keçid”) xidməti, pulsuz Mobil
Müştəri Xidmətindən istifadə, ad günü hədiyyələri və digər xüsusi
imtiyazlar verir.
Qeyd edək ki, Premium+ Loyallıq Proqramına Premium 50GB, Premium
75GB və Premium 100GB tariflərinin abunəçiləri, həmçinin də
Azercell şəbəkəsində son 6 ay ərzində aylıq abunə xərci 40 AZN və
daha çox olan abunəçilər (hər ay üzrə bu limiti keçməlidir) üzvlük
əldə etmiş olurlar.
Premium tarifi və Premium+ Loyallıq Proqramı barədə daha ətralı
məlumatla tanış olmaq üçün aşağıdakı linklərə keçid edin: https://www.azercell.com/az/personal/premium-plus.html
https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/premium-tariff.html





























