Bakı. Trend:
Bakıda 4 nəfər zəhərlənib, iki nəfər ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə
obyektlərindən birində 2 nəfərin – 1998-ci il təvəllüldü Kənan
Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2
nəfərin – 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il
təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə
xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon
prokurorluğunda araşdıma aparılır.
Hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin
ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq
ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual
hərəkətlər icra olunub.
XXX
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə
06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu,
Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub,
çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən
bildirilib.
Qeyd edilib ki, çağırış ünvanında 2 nəfərin (kişi cinsli)
həkiməqədər ölümü qeydə alınıb.
“2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya
olunub. Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam
etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir”, –
deyə bildirilib.





























