Bakı. Trend:
Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində
yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR,
Qarabağ, Şərqi-Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar,
Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu
qar, Şahdağda isə qar yağır.
Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik,
Daşkəsəndə duman müşahidə olunur.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23
m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın
hündürlüyü 4.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14,
Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə
4-8 dərəcəyədək isti qeydə alınıb.





























