
Bakı. Trend:
9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar mayın 9-da Bakı
metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
Bu barədə Trend-ə “Bakı
Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, həmin gün qatarların hərəkəti “Həzi Aslanov-28
May” sahəsində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqəlik intervalla
tənzimlənəcək.
“28 May” Yaşıl və Qırmızı xətlərin birləşdiyi stansiya
olduğundan buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində və
əksinə qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Sərnişin
axınının istiqamətləri dəyişə biləcəyindən, ehtiyat qatarlar
nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə
buraxılacaq.
“Bakmil” stansiyasına da qatarların daxil olub-çıxma vaxtları
dəyişdiriləcək. Bu istiqamətdə hərəkət edən sərnişinlərdən şənbə
günü qrafikindən istifadə etmələri xahiş olunur.
Həmin gün metropoliten istifadəçilərinin təhlükəsizliyi və
sərnişin məmnunluğu nəzərə alınaraq, işçi heyətinin növbətçilik
cədvəli əsasında iş rejimi də müəyyən olunub.





























