
Bakı.Trend:
Ötən dövrə nəzər salsaq, “Turizmin inkişafı” İşçi qrupunun
fəaliyyətində aktivlik görə bilərik. Bu da bilavasitə Dövlət Turizm
Agenrliyinin və burada təmsil olunan dövlət qurumlarının fəal
iştirakı və bu sahəyə töhfələrindən irəli gəlir.
Trend verir ki, bunu bu gün Azərbaycanın Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyasının katibliyinin rəhbəri
Vüsal Şıxəliyev “Turizmin inkişafı” İşçi qrupunun 2023-cü il
Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər
mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
V. Şıxəliyev bildirib ki, ölkəmizin turizm sahəsində müvafiq
göstəricilərin və əsasən də inkişaf indekslərinin beynəlxalq
indekslərə əsasən müqayisəli təhlilinin aparılması və bu sahədə
təşəbbüslərin həyata keçirilməsi olduqca əhəmiyyətlidir.
“”Turizmin inkişafı” İşçi qrupunun əsas mandatı və fəaliyyət
sahəsi Dünya İqtisadi Forumunun hər il dərc etdiyi səyahət və
turizmin inkişafı indeksinə fokuslanıb”,- deyə V. Şıxəliyev qeyd
edib.





























