Bakı. Trend:
Lənkəranda evdən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Liman
şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və
930 000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil
olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən
Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin
evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin
qohumu R.Əkbərov verib.
Araşdırmalar davam etdirilir.





























