Advertisement

Zaqatalada dönərdən zəhərlənənlərdən 32 nəfər EVƏ BURAXILIB

Bakı. Trend:

Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən
32-si evə buraxılıb.

Bu barədəTrend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə
şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla)
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil
olub:.

“Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət
göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti
stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları
nəzərdə tutulur”, – deyə əlavə edilib.

Qeyd edək ki, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş
verib. Ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən
zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım
şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Xatırladaq ki, daha öncəki məlumatda zəhərlənənlərin sayının 15
olduğu bildirilirdi.