Bakı. Trend:
2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil
müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron
sənəd qəbulu mərhələsinə start verilir.
Bu barədə Trend-ə Elm və Təhsil nazirliyindən məlumat
verilib.
Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyat prosesi 15 may saat
11:00-dan 22 may saat 11:00-dək aparılacaq.
Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat
prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər
“ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq
qeydiyyatdan keçə biləcəklər.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə
dair sual-cavabla tanış ola bilərsiniz:





























