
Bakı. Trend:
Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə
hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır və
artıq ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi
modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib,
avtomatlaşdırılmış sistemə keçirilib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirilən
mətbuat konfransında bildirib.
O qeyd edib ki, hidrometeoroloji xəbərdarlıq, proqnoz
məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək
məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə
tutulur.
Xəbər yenilənəcək





























