Advertisement

Təhsil müəssisələrinə əlavə səlahiyyət verildi

Bakı. Trend:

“Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul
olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən
edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Ba nazir Əli
Əsədov imzalayıb.

Sənədə əsasən, təhsil müəssisələri tədris prosesində və ya
təhsil müəssisələrinin tədris-istehsalat və xidmət sahələrində
istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi
ilə məşğul ola biləcək.