Advertisement

Azərbaycan əhalisinin sayı açıqlandı – Trend.Az

Bakı. Trend:

2023-cü ildə Azərbaycan əhalinin sayı 53625 nəfər və ya 0,5 faiz
artaraq, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10180770 nəfərə
çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin 54,5 faizini
şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2
faizini isə qadınlar təşkil edir.

Bu ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar
Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi
LənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1
faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala,
5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi
MilMuğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0
faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşamışdır. Ölkə üzrə
bir kvadrat kilometrə düşən əhalinin sayı 118 nəfər olub.