
Bakı. Trend:
2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbələri tərəfindən 112620 doğulan körpə qeydə alınıb və 2022-ci
illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq
12,2-dən 11,1-ə düşüb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, doğulan körpələr
arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının
xüsusi çəkisi isə 46,9 faiz təşkil etmişdir. Doğulanlardan 3410-u
əkiz, 147-si üçəm, 4-ü isə dördəm olmuşdur. Əhalinin hər 1000
nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (14,0), Mil-Muğan və Şərqi
Zəngəzur (13,2), Lənkəran-Astara
(13,1), Qarabağ (13,0), Şirvan-Salyan (12,5), Quba-Xaçmaz və
Mərkəzi Aran (12,3), Qazax-Tovuz (12,0) iqtisadi rayonlarında ölkə
göstəricisindən yüksək olub.





























