Advertisement

“WhatsApp”da daha bir yenilik – Trend.Az

Bakı. Trend:

“WhatsApp” mesencerində foto və video çəkməklə bağlı yeni
funksiya istifadəyə veriləcək.

Trend xəbər verir ki, foto
çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər.

Məlumata görə, yenilik “WhatsApp” mesencerinin “iOS” əməliyyat
sistemi əsasında işləyən qurğular üçün beta versiyasında
mövcuddur.

Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi
düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto
və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə
mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün
versiyasında stikerlər yaratmaq mümkün olub.