Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən
xəbərə görə, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional
Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.





























