Bakı. Trend:
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib.
Trendxəbər verir ki, bununla
bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr
imzalayıb.
Əmrə əsasən, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin
baş müstəntiqi Sübhan Zeynalov tutduğu vəzifədən azad edilərək Oğuz
Rayon Polis Şöbəsinə əməliyyat işləri üzrə rəis müavini təyin
edilib.





























