Advertisement

Ordubadda qaya uçqunu baş verdi (FOTO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd
avtomobil yolunda qaya uçqunu baş verib.

Trend Naxçıvan Avtomobil
Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Ordubad
rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib.

Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və
nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları
Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb
olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.