Bakı. Trend:
Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə yeni rəis
təyin edilib.
Trend xəbər verir ki, bununla bağlı daxili işlər naziri
general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis baş leytenantı Fuad Salmanov Saatlı Rayon
Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, F.Salmanov bundan öncə Ağcabədi Rayon Polis
Şöbəsində çalışıb.





























