
Bakı. Trend:
UNEC-də akademik etikanın təmin edilməsi məqsədilə müzakirələr
keçirilib.
Müzakirələr zamanı UNEC-də hazırda tətbiq edilən antiplagiat
proqramının digər antiplagiat proqramları ilə səmərəlilik
baxımından müqayisəsi aparılıb. Proqramların müsbət və mənfi
tərəfləri təhlil olunduqdan sonra UNEC-dəki antiplagiat sisteminin
təkmilləşdirilməsinə, dünyanın aparıcı universitetlərinin də
üstünlük verdiyi proqramın tətbiqinə qərar verilib.
Həmçinin plagiat hallarının qarşısının alınması, akademik
dürüstlük prinsiplərinə əməl olunması məqsədilə tələbələrin və
doktorantların UNEC-in təsdiqlədiyi “Təhsilalanların Etik Davranış
Kodeksi” barədə maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.





























