Advertisement

Kopenhagen-Tokio reysini həyata keçirən təyyarə Bakıda təcili eniş edib

Bakı. Trend:

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini
yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq
Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
Trend-ə verilən
məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin
səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava
limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil
verilib.