Advertisement

Salyanda keçmiş məhkumda 2.5 kq metamfetamin və marixuana aşkarlandı

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon
ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının
qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri
zamanı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş
Elvin Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onun
üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı ümumi çəkisi 2
kiloqram 500 qramdan artıq olan psixotrop maddə metamfetamin və
marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.