
Bakı. Trend:
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili
yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında
saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan Trend-ə bildirilib ki,
polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin
narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr
olduğundan onlar tibbi müayinədən keçiriliblər. Müayinənin
nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında
olması sübuta yetirilib.
Beləliklə onların barələrində qanunvericiliyə uyğun olaraq
protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və
Dəyanət Müslümovun barəsində inzibati qaydada həbs, Murtuz Məmmədov
və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri
seçilib.





























