
Bakı. Trend:
Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə
kolu götürülüb.
Trend DİN-ə istinadən xəbər
verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış
Şöbəsinin (CAŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il
təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb.
Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar olunub.
Əməliyyat tədbilərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə
etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq
istintaqa təqdim edilib. Onun üzərindən isə 1 kiloqram marixuana
aşkarlanıb. K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlərlə onun
marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov
və Ceyhun Bədəlovun da saxlanıması təmin edilib.
Onların Sabunçu rayonunda yerləşən bağ sahələrinə baxış zamanı
kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik
tərkibli 1500 ədəd çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstə
üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində
satışı ilə məşğul olduqları müəyyən edilib.
Aşkarlanan faktlarla bağlı Sabunçu RPİ-ə araşdırmalar davam
etdirilir.





























